Hamilə olduğum halda ərimə niyə xəyanət etdim. Başqa kişi ilə yatağa girdim – ETİRAF

Загрузка...

Ərimlə 7 il öncə ailə qurmuşuq. O vaxtlar hər şey gözəl idi.

Amma iki il öncə hər şey birdən-birə dəyişdi. Başqa bir qadınla görüşdüyünü eşitmişdim. Heç nə edə bilmirdim. Nə deyirdimsə, həmişə məni günahlandırırdı. “Sənə xəyanət eləmirəm. Xəyanət eləyən şərəfsizdir” deyirdi. Sonradan isə hamilə qaldım. Hamilə olmağım onun mənə olan diqqətini daha da azaltdı. Halbuki mən əksini düşünürdüm. Düşünürdüm ki, hamilə qalsam, yenidən mənə bağlanar. Ona övlad doğacam deyə qayğıma qalar, diqqət göstərər. Amma hər şey əksinə oldu. ayda bir-iki dəfə olan seks indi ümumiyyətlə yoxa çıxdı. Hamilə olduğumu bəhanə edərək heç mənimlə yatağa girmirdi.

Son vaxtlar daha çox gecələri evə gəlmirdi. Zəng eləyitdim cavab vermirdi. Evə yalnız səhərə yaxın gəlirdi. Hər dəfə də bir bəhanəsi olurdu. Evə tez gələndə isə divanda yatırdı. Mənim də bir qadın olduğumu, duyğularımın olduğunu, üstəlik də onun övladını bətnimdə gəzdirdiyimi tamamən unutmuşdu elə bil. Bütün həyatını yeni tanış olduğu qadına həsr eləmişdi.

Mən bir gün şəhərə çıxıb gəzirdim. Tarqovu tərəfdəki kafelərdən birində oturub rəfiqəmi gözləyirdim. Bu vaxt bir oğlan mənə yaxınlaşıb “Xanım, yanınızda otura bilərəm”? – dedi. Mən də “buyurun” cavabını verdim. Rəfiqəm gələnə qədər biraz söhbət elədik. Nömrələrimizi də götürdük. Sonradan onunla çox yaxın olduq. Ərim onsuz da mənə diqqət göstərmirdi deyə, mənim də həyatıma birinin girdiyinin heç fərqinə də varmadı. Həm də hamilə olduğum halda belə bir şey edəcəyim onun ağlına gəlmirdi. Həmin oğlan isə illərdən bəri unutduğum duyğuları mənə yenidən yaşadırdı. Yeni hisslər və həyəcanlar. İllər sonra yenidən qadın olduğumu anlamağa başlamışdım.

Günlərin bir günü virtual ünsiyyətimiz real məkanda baş tutdu. Özümü həmin oğlanın qollarında gördüm. Artıq ərimə xəyanət eləmişdim.

Anlayıram ki, etdiklərim doğru deyil. Amma bu etirafı yazmaqda məqsədim var. Bəlkə həyat yoldaşını aldadan, ona diqqət göstərməyən kişilərə dərs olar. Arvadları ilə dürüst davransınlar. Çünki xəyanət görmüş bir qadın çox əzab çəkir, amma səbr edir. Qisası isə çox ağır olur. “Gözə göz, dişə diş”

Aşağıdak şərh bölümündə öz fikirlərinizi yaza bilərsiniz.

Sizin də etirafınız varsa, [email protected] email ünvanına göndərə bilərsiniz.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol