Hamiləlikdə allergiya və onun həlli yolları

Hamiləlikdə bədəndə xüsusi olaraq allergiya reaksiyaların ortaya çıxması gözlənilmir. 

Bədən uşağı allergiya olaraq qəbul etmir və buna özünü hazırlayır. Buna görə də, hər hansı alergiyanın ortaya çıxma ehtimalı çox zəifdir. Hamiləlikdən öncə gələn allergiyalar isə hamiləlik dövründə irəliləyə bilir.

 Buna görə də, ehtiyyat tədbiri görməkdə fayda var. Hamiləlikdə ən çox müşahidə olunan allergiya hamiləlikdən öncə yaranmış vəziyyətdir. Bu hamiləlik müddətində davam edir. Bu allergiya hamiləlikdə özünü heç göstərməyə də bilər, ya da çox şiddətli ola bilər. Bunların qarşısını almaq üçün hamiləlikdən öncə allergiya testi etmək lazımdır. Allergiyaların müalicəsində də olduqca diqqətli olmaq gərəkdir. Bu müddətdə istifadə olunan dərmanlar uşağa mənfi təsir edə bilir. 

Hamilələr bu dövrdə mütləq bir mütəxəssislə danışmalı və dərmanları nəzarət altında istifadə etməlidir. Dərmanların miqdarını həkim müəyyən etməlidir. Çiyələk, pomidor, yumurta çox allergiya verən qidalardır. Hamiləlikdə bu qidalardan uzaq qalmaq allergiya ehtimalını aşağı salır. 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol