Hande Yener konsertdən əvvəl gecə saat 2-yə kimi bunu edirmiş – Özü açıqladı

Luxlife.az azmedia.az-a istinadən xəbər verir ki, səhnə libası ilə diqqət çəkən Hande Yener konsert öncəsi jurnalistlərə müsahibə verib.

O bildirib ki, səhnəyə çıxmazdan əvvəl gecə saat 2-yə kimi idman edir. Səhnə geyimlərinə hər zaman daha çox əhəmiyyət verdiyini söyləyən müğənni jurnalistlərin bundan sonra onun 46 deyil, 26 yaşlı olduğunu demələrini istəyib. Müğənni dünən gecə saat 02:00-da idman etdiyini də billdirib.

O, eyni zamanda, yaxın zamanda gözəllik mərkəzi açacağını da deyib. “Bəli, mən gözəllik mərkəzi açacam, Ümit də idman salonu açacaq. Qismət olarsa, 2 ay ərzində bütün işlər bitəcək. İşlərimiz ayrı-ayrı olsa da hər zaman bir-birimizə dəstək olacağıq. İnsanların hər zaman gözəl görünməyə ehtiyacı var, son vaxtlar sağlamlıqdan çox gözəlliyə önəm verilir”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol