Hansı bürcün insanları daha cəsarətlidir

Cəsur, cəsarətli olmaq çox çətindir. Çünki hər insanda qorxu hissi var. Bəziləri ümumiyyətlə, ağır situasiyalara düşməməyə, üzərlərinə məsuliyyət götürməməyə çalışırlar. Bir sıra adamlar isə əksinə, daim irəli addımlamağı, qorxu hissinə qalib gəlməyi üstün tuturlar.

Luxlife.az xəbər verir ki, astroloqlar hansı bürcdən olan insanların daha cəsarətli olduğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparıblar. Üç bürcün nümayəndələrinin daha cəsur olduğu nəticəsinə gəliblər. Amma təbii ki, bu, həmin bürclər altında doğulmuş bütün insanlara aid deyil.

Şir

Şir bürcündən olanlar cəsarətləri sayəsində həyatda yüksək zirvələrə qalxa bilirlər. Başqaları bundan qorxsa da, onlar riskə gedib, zövq almadıqları işi tərk edirlər. Onları aşağı çəkməyə çalışan adamları geridə buraxmağı bacarırlar. Nəticə nə olursa olsun, onlar məyus olmamağa çalışırlar. “Şirlər” sanki özləri kimi cəsarətli adamları ətraflarına cəkirlər.

Qoç

Hərdən elə gəlir ki, “Qoç”lar üçün “əyləc” anlayışı yoxdur. Onlar çox vaxt əvvəl hərəkət edirlər, sonra düşünürlər. Tez-tez elə hallar olur ki, onlar nəyisə götür-qoy eləməyə imkan tapmırlar, birbaşa riskə gedirlər. Bu heç də həmişə yaxşı nəticələnmir. Ona görə də astroloqlar bu bürcdən olanlara mərc oyunlarına baş qoşmağı ümumiyyətlə, məsləhət görmürlər.

Əqrəb

Bu bürcdən olanlar sanki həyatlarını risksiz təsəvvür eləmirlər. Onlar qurduqları xəyalları həyata keçirmək üçün yetərincə cəsarətlidilər. Əgər onlar cəsur davranıb, bunun nəticəsində “yanırlarsa”, bu, qısamüddətli olur. Tez bir zamanda özlərinə gəlib, yeni qüvvə ilə bir daha döyüşə atılırlar.

Ümumiyyətlə, hər birimiz cəsarətli, özünə inamlı ola bilərik. Bunun üçün sadəcə, bir qədər çox cəhd göstərmək lazımdır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol