“Hansı imkanlarından danışırsan?” – Tolikdən Rəhimə

Prodüser Tarix Əliyevlə (Tolik) müğənni Rəhim Rəhimli arasındakı qalmaqal hələ də davam edir. 

Luxlife.az-ın məlumatına görə, bu dəfə Tolik qarşı tərəfin ünvanına sərt sözlər deyib. O, “Hər şey daxil” verilişində bildirib ki, Rəhim müğənnilərə onun proqramına çıxmağa qadağa qoyur:

“Son günlər məni istəməyənlər yaman ortaya çıxır. Qurtlarınız görünür. Arxamca danışanlar cılız insanlardır. Bura arxaca danışmaq üçün deyil, mənə milyonlarla insan baxır. Burada kiminsə sifarişi ilə oturub, olmayan şöhrətdən, məşhurluqdan danışmıram. 

Deyir ki, imkanları Tolikindən çoxdur. Hansı imkanlarından danışırsan? Müğənnilərin klipləri yalnız sizdə, Tolikdə getməsin şərtini qoymaqla? Tolik şou-biznesdə peşka olmayıb. Gələn gündən, vəzir olub. Bir də topatan olmuşam. Sizə də peşka olmamağı aruzlayıram”.

Qeyd edək ki, Rəhim Tolikin ünvanına “Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə olar danışmaq, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik. Bir müddət keçəndən sonra gördüm proqramda qurdluluq edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur, düzələ. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən?” sözlərini deyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol