Hazal Kaya əsəbiləşdi: “Həddinizi aşmayın”

Aktrisa Hazal Kaya Yeşilcam ulduzu Ayşen Qrudanın ölümünü unutması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.

Luxlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Ayşenin ölümü ilə bağlı paylaşımı izləyicilərin sözlərindən sonra etməsinin yala olduğunu qeyd edib:

“Kiminsə istəyi ilə paylaşım edənlərdən deyiləm. Həyatımı sosial şəbəkələrdə yaşamıram ki, aktrisaya da buradan vida edim. Mənim haqqımda bu tərz xəbər çıxara bilməzsiniz. Həddinizi aşmayın, tərbiyəsizləşməyin”.

Qeyd edək ki, “Hababam sınıfı” filmindəki obrazı ilə daha çox tanınan Qruda iki gün öncə 74 yaşında dünyasını dəyişib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol