Загрузка...

Seks Haqqında Əslində Tamamilə Səhv Olan 25 İnandığınız Əfsanə

Bu məqaləni qiymətləndir
(0 səs)

Cəmiyyət olaraq cinsi həyatla bağlı açıq olaraq danışa bilən deyilik.

Utanmadan, sıxılmadan əlavə; xüsusilə bu mövzuda kişilərin "eqo partlayışı" etdiyi bir cəmiyyətik. Bu dəfə sizə indiyə qədər seks haqqında doğru bildiyiniz 25 səhv şey haqqında yazmışıq. Yararlanın. 

1. Əl, ayaq ya da qulaq böyüklüyü ilə penis ölçüsü əlaqəlidir.

Xeyr. Bu üzv və orqanlar arasında hər hansı bir əlaqə olduğuna dair elmi olaraq hər hansı bir sübut yoxdur.

2. Nə qədər böyük = O qədər yaxşı həzz

Bu da yalnışdır. Qadındakı G nöqtəsi vajinanın təqribən 5 sm. içərisində yer alır. Penisin baş qismi giriş zamanı G nöqtəsini xəbərdar edir. Böyük bir penis əksər hallarda G nöqtəsini tamamilə qaçırır. Yəni ki, penis böyüklüyü qadının zövq alması ilə birbaşa əlaqəli deyil.

3. Qidalanma vərdişləriniz spermanın dadına təsir edir.

Yeməklərin və içkilərin spermanın dadına təsir etdiyinə dair hər hansı bir elmi dəlir yoxdur. Araşdrımalar, bəzilərinin dadının digərlərinə nəzərən daha yaxşı olduğu deyilən spermaların sodium səviyyəsinin insandan insana fərqlilik göstərdiyini ortaya qoysa da, uroloqlar əsasən kişilərdə spermanın dadının qidalanma vərdişləri ilə dəyişdirilə bilməyəcəyini deyir.

4. Qadınların ilk seksi hər zaman ağrılıdır.

Həqiqət: İlk dəfə edilən seks bir qadın üçün normal sekslər qədər ağrılıdır.

5. Bir qadının hamilə olduğu halda, yenidən hamilə olması mümkün deyil.

Tamamilə mümkündür. Hətta buna elmdə "Superfetasiya" deyilir. Olduqca nadir hallarda görülməsinə baxmayaraq, sadəcə heyvanların deyil, insanların da yaşadığı bu hal, bir neçə dəfə görülmüşdür.

6. Pornoqrafiyada geniş yayılmış olan "geri çəkmə" (Coitus interruptus: Boşalma zamanı penisin çölə çıxarılması) istənilməyən hamiləliklərin qarşısını almaq üçün etibarlı üsuldur.

Tamamilə səhvdir. Bir çox kişi, penisini tam zamanında vajinadan çıxarsa da, boşalma öncəsi alınan xaricə axan zövq mayesində də bəzən sperma ola bilir. Bu üsula etibar edən qadınların 27%'i ilk bir il ərzində hamilə qalır.

7. Kişilər hər 7 saniyədə seks haqqında düşünür.

Tamamilə səhvdir! 2011'ci ildə Ohio State University'də aparılan bir araşdırmada kişilərin gündə ortalama olaraq 11 dəfə yuxu, 18 dəfə yemək, 19 dəfə isə seks düşündükləri sübut edilmişdir.

8. Hamiləliyi yoxlamaq üçün həblər çəki artırır.

Aparılan 44 fərqli araşdırma, hamiləliyi yoxlamaq üçün olan həblərin çəki artırdığına dair heç bir sübut tapmamışdır.

9. Sadəcə kişilər erotik yuxular görür

Kişilərin bu yuxuları görmə nisbəti daha yuxarı olmasına baxmayaraq, qadınların da 40%'dən çoxu yuxusunu erotik olaraq görür.

10. Sekslə məşğul olmaq yüksək kalori yandırır.

Pis xəbərimiz var. Seks sadəcə 21 kalori yandırır.

11. Evlilik seksi öldürür

Bu yayılmış inancın əksinə, aparılan son araşdırmalar evli cütlüklərin cinsi həzzlərinin daha yüksək olduğunu, cinsi həyatlarında daha çox fərqlilik etdiyini və hətta sıx-sıx sekslə məşğul olduğunu göstərir.

12. "Qadınlar porno izləməz" düşüncəsi

Bu barədə bir də düşün. Dünya üzrə açıqlanan statistikalarda, qadınların 85%'nin porno izlədiyi sübut edilmişdir.

13. Kişilər qadınlardan daha çox aldadır.

Tamamilə səhvdir. Qadınlar da ən az kişilər qədər aldadır. Bu aldatmaqdan nə anladığınza bağlıdır. Əgər sadəcə cinsi əlaqəyə girmək olaraq düşünsək, o halda haqlısınız, kişilər daha çox aldadır. Ancaq, digər şeylərdə, məsələn öpüşmək və ya gizli-gizli yazışmaq kimi; qadınlar da ən az kişilər qədər aldadılar.

14. Sünnətin cinsi həyata təsiri

Bu halın cinsi həyat üzərində müsbət təsiri olduğunu düşünənlər də, düşünməyənlər də səhv edir. Sünnətin cinsi doyum ya da həssalığa təsiri: 0.

15. Qadınlar uzun sevər

UCLA'da aparılan bir araşdırmada, qadınların penis ölçüsündən daha çox qalınlığına fikir verdikləri görülmüşdür. Seçim etdikləri penis boyu ortalaması isə 16.5sm.

16. Qızlıq pərdəsi cinsi əlaqəyə maneədir.

Vajinal girişin dibindəki qızlıq pərdəsi, penterasiya üçün bir maneə deyil. Bir çox insanın bildiyi kimi, bu pərdə seksdən başqa hallarda da yırtılmış ola bilər. Ancaq buna əlavə olaraq, qızlıq pərdəsinə zərər vermədən də cinsi əlaqə mümkündür.

17. İki prezervativ - İkiqat qoruma

Tək səfərdə iki prezervativ, istənilməyən hamiləliklərin qarşısını almaqda çox qoruma etmir, əksinə bu ehtimalı yüksəldir. Sürtünmə səbəbilə ikisinin cırılması mümkündür.

18. Klitoris: Təqribən 1-2 santimetrlik bu kiçik nöqtə qadının cinsi həzz mərkəzidir.

Səhv olan qadının cinsi zövqünün klitoris olduğu məlumatı deyil. O kiçik nöqtə aysberqin sadəcə görünən üzüdür. Klitoral kompleks, vajinal iç qisimdə 20 santimetrə çata bilən uzunluğu ilə geniş bir yerdir. Son dərəcə həssas olan bu orqan, G nöqtəsi və vajinal orqazmın mənbəyi olaraq bilinir.

19. Sıx-sıx cinsi əlaqə vajinanın formasını dəyişir

Sıx-sıx sekslər məşğul olmaq, anormal dərəcədə böyük bir penis səbəbindən qadının vajina ölçüsü, şəkli ya da sıxlığı dəyişməz.

20. Yaşlı insanlar sekslə məşğul olmur.

Cinsi həyat: yaş, fiziki görünüş, sağlamlıq və funksional bacarıqların təsir edə bilmədiyi insan həyatının ən uzun ömürlü hadisəsidir. İnsanların bir çoxu, yaşının çox olmasına baxmayraq, seksual olaraq aktiv qalırlar.

21. Körpənin cinsi hansı pozisiyada hamilə qalacağınızla yaxından əlaqəlidir.

Tamamilə yanlışdır!

22. Cinsi yolla bulaşan xəstəliklərin simptomları var.

Xeyr, hamısının yoxdur. Klamidya, bel soyuqluğu, herpes əsasən hər hansı bir simptomu olmayan xəstəliklərə misaldır.

23. İsti su ilə dolu cakuzidə ya da hovuzda sekslə məşğul olduğunuz müddətdə hamilə qalmazsınız.

Araşdırmalar isti su ilə dolu bir hovuzda 30 dəqiqədən çox qalmağın sperm sayını azalda biləcəyini sübut etmiş olsa da, su ya da onun istiliyi spermanın özünü öldürə bilməz. Sperma vajinaya bir dəfə girdikdən sonra tək məqsədi yumurtanı dölləməkdir və onu nə su nə də istilik saxlaya bilər.

24. Bir çox insan yalnız iki növ cinsi orientasiya olduğunu düşünr: Heteroseksual və Homoseksual

1948'ci ildə Alfred Kinsey 0 (heteroseksual)'dan başlayıb 6 (homoseksual)'ya qədər gedən "Kinsey Şkalası"nı yaradıb. Buna görə insanların cinsi orientasiyaları bu iki rəqəm arasında qalan digər hər hansı bir kateqoriyaya uyğun ola bilər. 50.000 insan ilə aparılan yeni bir anket araşdırması, qatılanların yarısından çoxunun nə heteroseksual nə də homoseksual kateqoriyalarına tam olaraq uyğun olmadığını ortaya çıxarıb.

25. Cinsi əlaqə normalda 10-15 dəqiqə davam edən bir şeydir.

Özümüzü aldatmayaq! 2005'ci ildə aparılan beynəlxalq bir araşdırma cinsi birləşmədə kişilərin zirvəyə çatmasını ortalamasını 5.4 dəqiqə olaraq açıqlayıb. Aparılan araşdırmanın ortalamasının bu dərəcə aşağı çıxması; tez boşalma probleminin olmadığına deyil, cinsi həyatdakı keyfiyyətin düşdüyünə və bu problemin nə dərəcə çox görüldüyünə işarədir. Erkən boşalmanın bir çox səbəbləri ola bilər. Stress, GDO'lu qidalar, yuxusuzluq, alkoqol, depresiya, piylənmə və s.

Luxlife.az

0 awesome comments!
Oxu 489 dəfə
Загрузка...
Загрузка...
Загрузка...