Huawei Mate 20 Pro MWC 2019 sərgisinin ən yaxşı smartfonu seçildi

Загрузка...

Hər il Barselonada keçirilən MWC (Mobile World Congress) sərgisinin təşkilatçısı olan GSMA şirkəti bu ilki sərginin ən yaxşı smartfonunu seçib. Beləliklə şirkətin fikrincə bu ilki sərginin ən yaxşı smartfon modeli məhz Huawei Mate 20 Pro-dur. GSMA mütəxəssisləri Mate 20 Pro smartfon modelinin dizaynını, naqilsiz şarj texnologiyasına sahib böyük həcmli batareyasını və Leica markalı genişformatlı üçlü arxa kamerasını yüksək qiymtləndiriblər.

    “Yüksək qiymətləndirməyə görə GSMA-ya təşəkkürlərimizi bildiririk. Mate 20 seriyası şirkətin innovasiya ruhunu və ən əsası yaxşı istifadəçi təcrübəsi üçün aparıcı texnologiyaları özündə birləşdirir. Yüksək satış göstəriciləri Mate 20 Pro-nun, bütün dünya üzrə istifadəçilərin rəğbətini qazandığını təsdiqləyir. Bu isə öz növbəsində ən innovasiyalı Huawei texnologiyaları əsasında yeni məhsullar yaratmaqda bizi motivasiya edir” – deyə Huawei Consumer BG-nin mobil cihazlar üzrə şöbəsinin prezidenti Kevin Ho bildirib. Onu da qeyd etmək lazımdır ki, bu ilki MWC sərgisində şirkət özünün ilk qatlana bilən smartfonu Mate X-i və yenilənmiş noutbook seriyası olan MateBook noutbooklarını təqdim etdi.