“Huawei”də barmaq jestləri ilə çalışan yeni naviqasiya rejimi

Nəhayət ki, “EMUI 9.0” satışa çıxdı!

“Huawei”in yeni istifadəçi əməliyyat sistemi barmaq jestlərinə əsaslanan tamamilə yeni naviqasiya rejiminə malikdir. Bəs bu rejim artıq məşhurlaşmış “FullView” əməliyyatını necə təkmilləşdirir? Gəlin birlikdə araşdıraq.

Telefonu bir əllə idarə etmək necə də rahatdır

Heç işə getmək üçün metrodan istifadə etmisiniz? O zaman xoşagəlməz göz təmasından qurtulmaq üçün smartfonun necə işə yaradığından xəbərdarsınız. Normal axtarış əməliyyatı üçün baş barmaqla telefonu idarə etmək adətən kifayət edir, lakin insan bəzən dəyişiklik üçün digər proqramlardan da istifadə etmək istəyir. Bax elə burda adama çatır ki, baş barmaqla naviqasiya panelini klikləmək çox çətindir, o biri əlimizi isə yıxılmamaq üçün təhlükəsizlik sürahisinə söykəmişik. Bezdiricidir, bəli.

Lakin jestlərə əsaslanan tamamilə yeni naviqasiya rejimi ilə artıq ekranın kənarlarından mərkəzə doğru barmaq hərəkəti etməklə telefondan rahatlıqla istifadə edə və idarəetməni bir əlinizə ala bilərsiniz.

Çoxfunksionallı interfeysə keçmək üçün barmağınızı yuxarıya doğru, əvvəlki ekrana qayıtmaq üçün isə barmağınızı telefonun kənarlarından mərkəzə doğru hərəkət etdirin.

Problemsiz “FullView” əməliyyatı

Doğrudur ki, naviqasiya panelini hər zaman gizlədə bilmişik, lakin əslində bu, məqsədəuyğun bir addım deyil. Çünki bu panel vasitəsilə biz öz telefonumuzu idarə edə bilirik. Bu paneli gizlətmək yalnız və yalnız çətinlik yaradır.

Yeni naviqasiya rejimində düymələr sadə barmaq jestləri ilə əvəz edilir. Bu rejim təkcə özünün erqonomik cəhəti ilə fərqlənmir, həm də naviqasiya panelini tamamilə aradan qaldırır. Panelin aradan qaldırılması əla addımdır – telefon ekranı ilə bağlı nə qədər az rəqibimiz iş aparsa, bir o qədər yaxşıdır.

Yeni “Huawei” telefonlarında barmaq jestlərinə əsaslanan yeni naviqasiya rejimi EMUI 9.0 vasitəsi ilə işləyir – yoxlayın və düşüncələrinizi bizimlə paylaşın.

“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol