İlin ən möhtəşəm fotoları: Dünya foto müsabiqəsinin qalibləri açıqlandı – 8 foto

“Xəbərlər” nominasiyası üzrə fotoqraf Kris Maqratın çəkdiyi “Camal Qaşıqçının yoxa çıxması” adlandırılan foto qalib olub. Fotoda bir kişi (güman ki, mühafizəçi) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun qarşısında reportyorların qarşısını kəsməyə çalışır.

Kris Maqrat
@ World Press Photo

“Təbiət” nominasiyası üzrə birinci yerin sahibi  Bense Matenin Rumıniyada çəkdiyi “Qurbağa ləpirləri” fotosu olub. Burada pəncələri kəsilmiş və sonradan suya atılmış qurbağaları förə bilərsiniz.

Bense Mate
@ World Press Photo

“Portretlər” naminasiyasında ən yaxşı şəkil Finbar Oraylinin çəkdiyi “Dakar modası” fotosu olub.

Finbar Orayli
@ World Press Photo

Fotoqraf Con T.Pedersenin “Katankada boks” işi “İdman” naminasiyasının qalibi adına layiq görülüb. Foto Uqandadakı xarabalıqların birində boksçular klubunda çəkilib.

Con T.Pedersen
@ World Press Photo

Brent Stirtonun “Akaşinqa-Cəsurlar” fotosu “Ətraf mühit” nominasiyasının ən yaxşısı olub. Fotoda Zimbabvedə brakonyerlərə qarşı mübarizə aparan, qadınlardan ibarət “Akaşinqa” qrupunun üzvü, 30 yaşlı Petronella Çiqumbura görüntülənib. Qrupun üzvləri yerli sakinlərdən ibarət qadınlardır. Onlar mütəmadi məşq edirlər.

Brent Stirton
@ World Press Photo

“Müasirlik problemi” kateqoriyası üzrə birinci yerin qalibi rusiyalı fotoqraf Diana Markosyanın “Kubanita” fotosu olub. Şəkildə bir neçə il öncə beyin şişi diaqnozu qoyulmuş Pura adlı qızın 15 yaşının qeyd olunması əksini tapıb. Halbuki, həkimlər onun heç 13 yaşa çatacağına inanmırdılar.

Diana Markosyan
@ World Press Photo

“İlin fotoreportajı” nominasiyasında ABŞ-a gəlməyə çalışan miqrantların şəklini çəkmiş fotoqraf Piter Ten Xupen birinci yerə layiq görülüb. Fotoda gənc insanlar qaçıb yük maşınının arxasına minməyə çalışırlar ki, ABŞ-Meksika sərhədinə tez gedib çatsınlar.

Piter Ten Xupen

Загрузка...