İlon Musk smartfon bazarına girir – FOTO

Hələ keçən ilin Noyabr ayında Tesla şirkətinin smartfonu barəsində məlumatlar ortaya sızdırlmışdı.

Beləliklə elektrik avtomobillər ilə məşhurluq qazanmış Tesla şirkəti smartfon bazarına daxil ola bilər.

Luxlife.az Technote.az-a istinadən bildirir ki, bugün isə internetə smartfonun ön və arxa panellərinin fotoları yayıldı. Bu isə o deməkdir ki, şirkət smartfon istehsalı ideyasından imtina etməyib. Quadra kod adlı smartfonun hətta aşağı hissəsi də nazik çərçivə ilə əhatə olunub. Smartfonun yuxarı hissəsi isə kompakt çıxıntıya sahibdir.

Загрузка...