İnstaqramda ən çox izlənilən 10 azərbaycanlı – Siyahı

Yeni simalar, sosial media fenomenlə çıxdıqca, məşhurlarımızın İnstaqram hesablarındakı rəqəmlər tez-tez dəyişir.

Luxlife.az axşam.az-a istinadən bu dəfə İnstaqramda ən çox izlənilən 10 azərbaycanlının siyahısını tərtib edib.

Bloger Hüseyn Həsənovun 10 milyon 300 min izləyicisi var.

Məşqçi və idmançı Bahar Nəbiyevanın izləyici sayı 2 milyon 400 min nəfərdir.

Sevil və Sevinc bacılarını İnstaqramda 2 milyon 45 min nəfər izləyir.

Zaur və Günay cütlüyünü “follow” edənlərin sayı 1 milyon 716 mindir.

Əməkdar artist Röya Ayxan tez-tez paylaşdığı “Story”lərlə 1 milyon 700 min izləyiciyə xitab edir.

Damlanın İnstaqram fanatları 1 milyon 627 min nəfərdir.

Dünyaca məşhur ulduzların da izlədiyi Anar Ağakişiyevin 1 milyon 403 min izləyicisi var.

Vüsalə Əlizadə fotolarını 1 milyon 397 min izləyicisi ilə bölüşür.

Xalq artisti Emin Ağalarovu isə 1 milyon 396 min nəfər izləyir.

Günay İbrahimli 1 milyon 346 min izləyicisi ilə siyahımızın 10-cu pilləsində qərarlaşıb.

Загрузка...