İnstaqramda foto paylaşaraq varlanan MƏŞHUR MODELİN FOTOLARI

25 yaşlı avstraliyalı model İnstaqramda foto paylaşıb, “Youtube”da video çəkərək milyonlar qazanır.

Luxlife.az xəbər verir ki, Tammi Hembrou adlı modelin İnstaqramda 9 milyon izləyicisi var.

Hembrou fitness üzrə mütəxəssisdir. O, eyni zamanda məşhurlarla da əməkdaşlıq edir. Bir müddət məşhur aktrisalara fitness dərsi verib.

İnstaqramdakı paylaşımları ilə milyon dollarlıq fitness imperiyası quran Hembrou video və paylaşımları ilə düzgün bədənə sahib olmaq istəyənlərə məsləhətlər verir. Xüsusən də hamilə olduğu dövrdə paylaşdığı fotolarla bir anda məşhurlaşan Tamminin Volf adlı oğlu, Saskia adlı isə qızı var.

9 milyon izləyicisi olan Tammi idman məhsulları satan bir neçə şirkət ilə sponsorlu yayımlar edir. Bundan başqa öz markası da daxil olmaqla bir neçə geyim şirkətinin reklamı ilə məşğul olur. Hembrou kanalında imzaladığı hər müqavilə üçün aylıq orta hesabla 17 min dollar əldə edir.

Qeyd edək ki, Tammi ötən il köhnə evini sataraq 1.95 milyon dollara dəniz mənzərəsi olan mülk alıb.

Загрузка...