“İnstaqramdakılar adamın qanını qaraldır” – Dilarə

Əməkdar artist Dilarə Əliyeva sosial şəbəkədən istifadə etməməsinin səbəbini açıqlayıb. 

Luxlife.az-ın məlumatına görə, aktrisa “Faydalı saat” verilişində bildirib ki, yazılacaq təhqirlərdən özünü qorumağa çalışır:

“Əsəblərimi qorumaq xatirinə sosial şəbəkədə yoxam. Oradan gələn xeyir mənə lazım deyil. İnsan özünü yükləyir. Bilmirsən nə cür insanlar orada nələr yazacaqlar. Aktrisa, aparıcı olduğum üçün ictimaiyyətə film, veriliş təqdim edirəm. Əlbəttə, müzakirə edilməli, fikir bildirilməlidir. 

Xoşuna gələrsə, sağ olsun. Gəlməzsə, tənqid bildirsin. Amma elə adamlar var ki, adamın ancaq qanını qaraldırlar. Elə sözlər yazırlar ki, bəlkə sən heç ona həyatda salam da verməzsən.

İnsanları çox təhqir edirlər. İllərdir sənətdəyəm, bir insan deməyib ki, bunu belə yox, belə edərdin. Amma hansısa xəbərin bir saytda paylaşılırsa, altından nələr yazırlar. İnsanlar çox aqresivləşib”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol