iPhone-a görə əlil oldu

Çində 25 yaşlı şəxs iPhone və iPad almaq üçün “qara bazarda” böyrəyini satıb. İndi o, böyrək çatışmazlığından əziyyət çəkən əlildir.

Luxlife.az bildirir ki, o, 2011-ci ildə, 17 yaşı olanda iPhone və iPad almaq fikrinə düşmüşdü.

Belə bahalı qacetlər üçün valideynlərdə pul olmadığından gənc internetdə axtarış apararaq orqan tacirlərini tapıb. Onlar gəncə deyiblər ki, böyrəklərindən birini transplantasiya əməliyyatı üçün verərsə, yaxşı pul ala bilər.

Elə həmin ilin aprelində gənc valideynlərindən gizlin şəkildə qonşu vilayətə yollanıb. Orada gəncin böyrəyi kəsilib çıxarılıb, pasiyentə transplantasiya edilib. Pasiyent böyrəyə görə 10 min dollar, əməliyyata görə 150 min yuan ödəyib.

Həmin pulların 10 faizi, yəni 22 min yuan (3218 dollar) gəncə verilib.

17 yaşlı gənc də dərhal iPhone 4 və iPad 2 alıb.

Bir müddət sonra onun səhhəti pisləşib. Gəncdə böyrək çatışmazlığı yaranıb, sonra da yeganə böyrəyi sıradan çıxıb. Hemodializ səbəbindən gənc sutkalarla çarpayıdan qalxa bilməyib.

Əməliyyatdan 7 il keçib və dövlətdən alınan müavinətlə yaşayan gəncin daimi quluğa ehtiyacı var.

Çin polisi gizli əməliyyatı təşkil etmiş üç vasitəçini və böyrəyin kəsilib götürülməsində iştirak etmiş iki həkimi həbs edib. Vasitəçilər 5 il, həkimlər isə 3 il müddətinə azadlıqdan məhrum olunub.

Əlil gəncin ailəsinə 1,47 milyon yuan (təqribən 215 min dollar) təzminat ödənib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol