İrina Şeyk yenə diqqətləri çəkdi – FOTOLAR

İrina Şeyk qısa ətəyi və uzunboğaz çəkmələri ilə diqqət mərkəzində olub.

Dünən Berlində 20-ci “GQ Men of the Year Award” mükafatlarının təqdimetmə mərasimi olub. Gecədə bütün diqqətlər füsunkar model İrina Şeykin üzərində olub. Rusiyalı model gecə üçün gümüşü zərli don və eyni rəngli uzunboğaz çəkmə seçib. Başdan-ayağa qədər parıldayan ulduz makiyajda hər zamankı kimi sadəliyə önəm verib. “Versace” moda evinin sahibi Donatella Versaçe də tədbirə eyni obrazın qızılı versiyasında gəlib.

Mükafatların təqdimetmə mərasimində bir çox Hollivud aktyorları olub. Onların sırasında Orlando Blum, Henri Kavil, Patrik Dempsi və başqaları olub.

Mərasimdə İrina Şeyk “İlin moda ikonası” mükafatına layiq görülüb. Donatella Versaçe “İlin dizayneri” olub, Orlando Blum stil kateqoriyası üzrə “İlin adamı GQ”, Henri Kavil isə “Beynəlxalq kino” mükafatını qazanıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol