Jurnalist Anar Məmmədova hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında A.Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəmişdi.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu.

Qeyd edək ki, məhkəmənin verdiyi qərara artıq beynəlxalq birlikdən də mənfi reaksiyalar gəlməkdədir. ATƏT-in media azadlığı üzrə nümayəndəliyi jurnalistin məhkum olunmasına reaksiya bildirib. Bəyanatda jurnalistin öz fəaliyyəti ilə məşğul oluduğuna görə məhkum olmasından narahat olduqlarını qeyd olunub. Azərbaycan rəhbərliyini jurnalistlərin maneəsiz işləmələrinə çağırış edilib.

Загрузка...