Kərim izləyicilərini təhqir etdi: “Altınızdakı vannaya baxın”

Müğənni Kərim Abasov izləyicilərini təhqir edib.

Luxlife.az xəbər verir ki, ötən gün rəqqasə Rəna Ağamuradova (Renka) ilə klip üçün kamera qarşısına keçən və yataq görüntüləri ilə tənqid edilən sənətçi şərhlərə münasibət bildirib. O, məclislərinin birindəki videosuna yazdığı şərhdə sosial şəbəkə istifadəçilərini qınayıb.

“Mənim üçün hava xoşdur. Sevənlər üçün də hava xoş olmalıdır. Alana xoş, satana xoş, Niyə belə narahatsınız? 

Həyatım dar düşüncələriniz qədər kiçik deyil. Həyat mənimdi, keyf mənimdi. Gedin bir az su için və dincəlin. Vaxtınız olanda altınızdakı vannaya baxın, sonra məndə vedrə axtarın” deyə, Kərim onları alçaldıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol