Kanallar niyə Röyanı çəkməyə gəlmədi?

Xəbər verdiyimiz kimi, əməkdar artistlər Röya Ayxan və Miri Yusif klublardan birində konsert verib. 

Luxlife.az-ın məlumatına görə, səhnəyə ilk olaraq Röya çıxıb. Amma müğənni kulisdə əvvəlcə media nümayəndələrinin suallarını cavablandırıb. 

Maraqlısı isə odur ki, gecədə Röyanı çəkməyə heç bir telekanal gəlməyib. ARB, İTV, “MTV Azərbaycan”, “Xəzər” və ATV kanalları konsertə dəvət edilsələr də, gecədə görünməyiblər. 

Əldə etdiyimiz məlumata görə, Röya və Miri Yusifə “Xəzər TV”də qadağa qoyulub. Elə buna görə də “X maqazin” əməkdaşları çəkilişə gəlməyib. 

ATV-də “qara siyahı”ya salınmasa da, müğənni kanalın yeganə maqazin verilişi “ATV maqazin onlarla” proqramında qadağadadır. Belə ki, artıq 1 ildən çoxdur verilişdə Röya ilə bağlı heç bir süjet yayımlanmır. Buna səbəb türkiyəli rejissor Nihad Odabaşı Röyaya klip çəkmək üçün Bakıya gələndə verilişin əməkdaşlarının ondan müsahibə almağa getməməsi olub. 

Röya proqramın əməkdaşlarından incidiyini deyib, aparıcı Afaq Gəncəli isə onlara dəvət gəlmədiyini açıqlayıb. Daha sonra isə R.Ayxan “Hit parad” rubrikasında mahnılarının müzakirə edilməsinə əsəbiləşib və onunla bağlı xəbərlərin verilməsini istəməyib. 

Afaq isə açıqlamasında “Röya nə vaxt istəsə, verilişimizin qapısı onun üzünə açıqdır” sözlərini söyləy

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol