Kaya Çilingiroğlu Hülya Avşarın evlilik təklifinə — CAVAB VERDİ

Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu haqqında “Kaya ilə evlənməyim bir üzüyə bağlıdır” demişdi.

Luxlife.az xəbər verir ki, Kaya Avşar qızına cavab verib. Çilingiroğlu “Böyük danışmayım amma Hülya ilə yenidən evlənməyim imkansız kimidir” deyib.
“Münasibətimiz olduğu dövrdə Hülyaya təkqaş üzük almadım. Ən sevdiyi və istifadə etdiyi zinət əşyası təkqaşdır. Biz tanış olanda varı idi, buna görə də almadım.

Mənim haqqımda dediklərinə baxmamışdım, sosial şəbəkədə gördüm. Hülya ilə yenidən evlənmək imkansızdır. Bir ildə 3 gün Ayvalık səmtində görüşürük. Birinci gün çox xoş, ikinci gün normal, 3-cü gün isə “məni nə vaxt qovacaq” deyirəm.

Eyni şəraitdə yaşamağımız çətin olar. O, səhər yeməyini gec, mən tez yeyirəm. O, çimərliyə gedir, mən xoşlamıram. Axşam yeməyini yeyib otağına gedir. Hülya dinləmədiyi üçün anlamır. İnsanlarda belə bir problem var. Dinləməyi sevmirlər.

Mənim üçün evlilik artıq yoxdur. Onun da elə bir iddiası yoxdur. O, itləri ilə evlənib. 5 iti var. Anadan olandan itlərlə yaşayır. Hülyanın bir münasibət qurmaq istədiyinə inanmıram. Çünki ailəsini və qızını, həyatı çox sevir”,- deyə Çilingiroğlu deyib.

Загрузка...