Keçmiş vergilər naziri Fazil Məmmədov ölüm xəbəri yayıldı

Загрузка...

Dünən Azərbaycan KİV-də sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə informasiya yayılmışdı. Bildirilirdi ki, aprelin 4-də axşam saatlarında sabiq nazirin qəfildən ürəyi tutub.

Bu gün isə sabiq nazirin Gəncə Beynəlxalq Xəstəxanasında olduğu bildirilib.

İnsider.az məsələ ilə bağlı Fazil Məmmədovun ailəsi ilə əlaqə saxlayıb.

Sabiq nazirin ailəsi məlumatı təkzib edərək qeyd edib ki, yayılan informasiya həqiqəti əks etdirmir. Fazil Məmmədovun səhhətində problem olmadığı bildirilib.

Qeyd edək ki, bəzi saytlar hətda Fazil Məmmədovun vəfat etdiyini də yazmışdı. Bu tipli dəqiqləşdirilməmiş məlumatların yayılması düzgün hesab edilmir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol