KİA-dan yeni hecbek – FOTOLAR

Загрузка...

Cənubi Koreyanın KIA Motors Corporation şirkəti rəsmi olaraq idman hetçbeki KIA Rio GT-Line təqdim edib. Modernləşdirilmiş avtomobil Cenevrə-2018 avtosalonunda debüt edəcək və cari ilin yazında satışa çıxarılacaq.

KIA Rio GT-Line modeli Köhnə Dünya üçün nəzərdə tutulub. Koreya brendinin Avropadakı rəsmi dilerləri 2018-ci ilin yazında yeniliyi satmağa başlayacaqlar.

Adi 5-qapılı modeldən fərqli olaraq idman hetçbeki KIA Rio GT-Line xüsusi dizaynı olan 17-düymlük təkər diskləri, unikal parlaq qara eksteryer, diodlu işıq texnikası, daha aqressiv aerodinamik asma və iki borusu olan qaz buraxma sistemi alıb.

Rəsmi təqdimata qədər güman edildiyi kimi, yeniliyin mühərrik hissəsində yükləyicili 1,0-litrlik T-GDI dayanıb. O, 120 a.g. və 173 Nm fırlanma anına malikdir və 6-pilləli mexaniki sürət qutusu ilə birgə çalışır.

Koreya markasının nümayəndələrinin sözlərinə görə, gələcəkdə model üçün 1,25- və 1,4-litrlik mühərriklər, o cümlədən iki muftalı, 7-diapazonlu robotlaşdırılmış sürət qutusu əlyetərli olacaq.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol