Kişilər nəyə görə bakirə qız ilə evlənmək istəyirlər? ŞÜAURALTINDA GİZLƏNƏN SƏBƏBLƏR

Bakirə olmayana “pis qadın” damğası vuran, bakir olmayan kişiyə isə “yanıq” ordeni taxan əxlaqi dəyərlərin mücərrəd səviyyəyə gəlib çıxdığı ölkədə bəzi nümunələrlə cəmiyyətin danışa-danışa nöqtə qoya bilmədiyi bir mövzunu təqdim edirik.

1. İnsanlar gələcəkdə başlarına nələrin gələcəyini bəri başdan hesablaya bilmirlər.

Загрузка...

1. İnsanlar gələcəkdə başlarına nələrin gələcəyini bəri başdan hesablaya bilmirlər.Çünki münasibət məsələləri anlıq olaraq baş verir və insanların həmin an üçün düşündükləri, sadəcə, qarşıdakı insanı əldə etmək olur. Ümumiyyətlə, insan xislətinin hər şeyin tez baş verməyinə can atması ortaya çıxa biləcək hər hansı problemlərin öncəgörümündə də bir növ korluq yaradır və ciddi analizlərə vaxt qoymur. Ona görə də kimlərinsə həyatında baş verən neqativ halları onların bioqrafiyasında qalın şriftlərlə yazılmış şəkildə görməkdən elə indicə əl çəkmək lazımdır deyə düşünürük. Bəs kişiləri bu məsələdə ciddi davranmağa vadar edən psixoloji səbəblər nələrdir? Oxuyaq. =)

2. Güvənsizlik

2. GüvənsizlikÇox qəribə olsa da, ilk səbəblərdən biri güvənsizliyin olmağıdır. Çünki qadını onun özündən əvvəlki kişilər qədər tətmin edib edə bilməyəcəyi sualını düşünür. “Bəs o birilər daha yaxşı olubsa?” – kişilərin istəmədən düşündüyü bu sual onlara əzab verir.

3. Ölçülər Məsələsi

3. Ölçülər MəsələsiBunun birinci səbəblə çox əlaqəsi var. Qadının bu məsələdə nə qədər təcrübəli olduğunu düşünüb addım atmaqdan çəkinirlər. Bu səbəbdən ölkələr üzrə ölçü vahidlərinin statistikasını, hətta hansı ölkədə daha yaxşı performans göstərə biləcəklərini də düşünürlər.

4. Əvvəllər…

4. Əvvəllər...“Onun yaşadıqlarını düşünüb narahat olaram.” fikiri.  Bunu qəbul edə bilməmək də ciddi psixoloji təyziq yaradır. Ona görə bakirə olmayan qadınların xatirələrindən qaçmağa çalışırlar.

5. Araşdırma Nəticələri

5. Araşdırma NəticələriÖlkədə çox geniş yayılmış bir şey də qadınların araşdırılmasıdır. FBI dəqiqliyi sərgiləməyə çalışılan bu araşdırmalarda əldə olunacaq nəticələr önəm daşıyır.  “Keçmiş keçmişdə qalıb” düşüncəsi kişilər üçün real deyil. Araşdırdıqca araşdırmağa çalışırlar və əldə etdikləri hər pis nəticənin özlərini pis edəcəyindən də qorxurlar.

6. Populyar Düşüncə

6. Populyar Düşüncə“Hər qızla yatım, amma sevgilim bakirə olsun.” – bu elə də asan deyil, qaqaş. Sən hər qızla yatandan sonra başqalarının həm də özünün bakirə qızla evlənmə şansını da azaldırsan. Bunun ikinci bir tərəfi sənin eqoist davranıb özünə təqdim etdiyin imkanları başqalarının həyatı üçün qəbul edə bilməməkdir. Əgər sən sevgililərinlə bunu etməyi düşünürsənsə, eyni şeyi baqasıyla etməyi düşünən qadınların olma ehtimalı da var.

7. Ənənələr, Adətlər.

7. Ənənələr, Adətlər.Toyun sabahı günü qohum-qardaşa Yaponiyanın bayrağını göstərə bilməməkdən qorxurlar. Bu çox iyrənc adətdir. İnsanların bunu düşünməsi və görmək istəməyi daha da iyrəncdir.

8. Namus Ayaqlar Arasındadır

8. Namus Ayaqlar ArasındadırBu səbəblə gündə neçə gənc insan yaxınları tərəfindən övladlıqdan atılır. Azərbaycanda həftədə orta hesabla 1 qadın bu səbəbdən ya intihar edir, ya da cinayətə qurban gedir. Qadınları bu səbəbdən öldürənlərin əksəriyyəti isə başqa qadınlara küçədə söz atır, onlarla yatmağı düşünür və onların da yaxınları tərəfindən bu səbəbdən öldürülməyinə səbəb olmağa çalışır.

9. Himenoplastika

9. HimenoplastikaBaşqa adıyla: bakirəliyin bərpası. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bu kişilərin kabusudur, qadınların isə qorxularından baş vurduğu yol.
Qeyd etmək lazımdır ki, qızlıq pərdəsi qadının bakirə olub olmadığını kontrol edə bilmək üçün mövcud deyil. Onun funksiyası qadının çoxalma sistemini mikrob və bakteriyalardan qorumaqdır, hansı ki, hələ qız doğulmamışdan ana bətnində bu formalaşır.

10. İlk Olmaq Arzusu

10. İlk Olmaq ArzusuBir qadının həyatında əslində ilk yox, son ola bilmək daha qürurlu bir pozisiyadır.

11. Cəmiyyət Təyziqi

11. Cəmiyyət TəyziqiPatriarxat bir cəmiyyətdə yaşadığımız üçün normal haldır. Kişi hegemoniyası və qadınların cəmiyyətdə gender problemi. Amma əgər bir kişi sevirsə, o qadını cəmiyyətə qarşı qorumalıdır, müdafiə etməlidir. Cəmiyyət sizinlə ancaq metroda, avtobusda və məhəllədə var, qadın isə yaşadığınız hər saniyənin salisələrinə belə bölünüb yanınızda qala bilər.

12. Bəzi Məsələlər

12. Bəzi MəsələlərSöylədiyimiz kimi, qadınlar başlarına gələ biləcək neqativlərdən qarantiya edilməyiblər. Düzdür, münasibət qurarkən seçimlərində ciddi səhvlərə yol verə bilənlər var, ancaq bunu anlamaq üçün də hansısa problem mütləq yaşanmalıdır – ən kiçik olsa belə.
Dediyimiz bütün bu hallar saf və təcavüzə məruz qalaraq cəmiyyət üçün önəmli dəyərlərini “itirən” qadınlara, fahişəliyi şəxsi həyatdan ayıra bilənlərə, bakirəliyin heç də hər şey olmadığını dərk edənlərə, qadının bir bakirə kimi yox, qadın kimi dəyərini başa düşənlərə və ən əsası keçirdiyi orta hesabla 70 illik ömürün hər gününü bu cür mənasız düşüncələrə sərf etmədən yaşayıb həqiqi sevginin və hörmətin nə olduğunu anlayanlara aid edilir.

Ümidvarıq cavanlıq səhvləri ucbatından cəmiyyətdə diskriminasiyaya uğrayan qadınları daha yaxşı başa düşə bilməyinizə yardımçı olmuşuq. Biz fahişələri müdafiə etmirik. Bizim müdafiə etdiyimiz qadınlar kişilər tərəfindən həyatı məhv edilən və buna rəğmən məhv etdikləri həyatı qəbul etməkdə çətinlik çəkənlərin gözündə “pis qadın” kimi görünənlərdir.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol