Körpə üçün masajın faydaları

Körpələrin doğulduqdan sonrakı inkişaf dövründə masaj çox faydalı və əhəmiyyətlidir. Üstəlik, bu ana və körpə arasındakı  əlaqəni gücləndirir.

Körpə üçün masajın faydaları

  • Masaj, xüsusilə vaxtından tez doğulmuş uşaqlar üçün faydalıdır, onların inkişafını sürətləndirir.
  • Masaj qidanın həzmini asanlaşdırır.
  • Qan dövranını tənzimləyir, nəfəs almanı normallaşdırır, qarında olan köpü və qazı azaldır.
  • Immunitet sistemini gücləndirir, orqanizmi infeksiyalardan qoruyur.
  • Yuxunu nizamlayır.
  • Ana və körpə arasındakı bağları gücləndirir.

Masaj edərkən diqqət yetirməniz lazım olanlar

  • Masajı yemək yeyəndən sonra edin. Əlləriniz isə ilıq və təmiz olmalıdır.
  • Dərini narahat etməmək üçün əllərə mütləq körpə yağı sürtülməlidir. Yox əgər körpə masaj zamanı ağlayırsa, bunu istəmirsə siz də məcbur etməyin.
  • Masajla körpənizin üz, sinə, qol, qarın, qıç və kürəyini ova bilərsiniz.
Загрузка...