Körpələrdə kəllədaxili təzyiq

Günü-gündən körpələrin təzyiqlə doğulması, təzyiqdən əziyyət çəkməsi ciddi problemlərdən birinə çevrilir. Əvvəllər hər yüz uşaqdan 5-də rast gəlinən təzyiqlə bu gün daha çox qarşılaşırıq. Düzdür, yerli həkimlər hər 10 uşaqdan 8-nə bu diaqnozu qoysalar da, onu dəqiqləşdirmək üçün savadlı və peşəkar həkim müayinəsinə ehtiyac yaranır. Çoxsaylı anaların istəyi ilə körpələrimizdə olan kəllədaxili təzyiq və onun fəsadlarından danışacağıq.

Kəllə daxilitəzyiq nədir?
Yaşlı nəsil arasında belə bir fikir mövcuddur ki, körpənin ağlamağı və qışqırmağı normaldır. Xeyr! Səbəbsiz yerə uşaq ağlamamalı, sakit olmalı və vaxtı-vaxtında yatmalıdır. Əgər körpə qışqırır, ağlayır, narahatdırsa və anasını yatmağa qoymursa, bu, ciddi sağlamlıq problemindən xəbər verir: Ola bilsin ki, onda kəllədaxili təzyiq artıb…
Kəllənin içi beyin, qan və onurğa mayesi olan likvorla doludur. Likvor kəllə daxilində dövr edir və onurğa beynə, onun səhtinə təzyiq ötürür. Kəllə daxili təzyiq arterial təzyiq kimi hamımızda var, sadəcə onun yüksəlməsi təhlükəlidir və özünü bir sıra əlamətlərlə göstərə bilir.

Kəllədaxili təzyiqin yaranma səbəbləri
KDT-nin yaranma səbəbləri çoxdur. Bu, əsasən hamiləliklə bağlıdır. Hamiləlik zamanı keçirilən xəstəliklər, toksikoz, ciftin laylanması və ən əsası göbək ciyəsinin uşağın boynuna dolanması… Bu zaman dölün beyninə az miqdarda oksigen daxil olur və bu da təzyiqin yaranmasının bir səbəbi kimi göstərilir. Çünki beyin oksigen çatışmazlığını beyində təzyiq yaradan likvor mayesini çox iftaz etməklə ödəyir. Bu da problemi yaranmasına yol açır. Bəzi hallarda doğuşdan bir müddət sonra təzyiq normaya düşür və ciddi fəsadlar vermir. Lakin əksər uşaqlarda KDT-nin sonralar da artımı müşahidə edilməkdədir.

Həmçinin meningit (beyin laylarının iltihabı), ensefalit (beynin iltihabı) və beyin şişləri olan zaman da KDT yaranır.

Xəstəliyin 2 forması var: anadangəlmə və sonradan qazanılmış. Anadangəlmə təzyiq qansızmadan, genetik anomaliyalardan, beyindəki qüsurlardan yaranır. Yenidoğulmuşda anadangəlmə təzyiqi asanlıqla müəyyənləşdirmək olur və dərhal da müalicə edilməlidir ki, bu, onu yaşıdlarından geri salmasın.

KDT-nin əlamətləri

  • Tez qıcıqlanma, ağlağanlıq;
  • Böyük qabarıq alın, başın qeyri-proporsional ölçüsü;
  • Göz almaları qabarır, aşağıya doğru meyilli olur (“günəş batması” sindromu”);
  • Körpənin başında yaxşı inkişaf etmiş dərialtı vena şəbəkəsi;
  • Başın sürətli böyüməsi;
  • Əmgəyin gərginlikləri;
  • Halsızlıq, yuxuculluq;
  • Çəkisinin normadan az olması;
  • İnkişafın geriliyi – körpənin başı dik saxlaması, oturması, yeriməsi normal vaxtdan gec olması.
Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol