Ledi Qaqa canlı kuklaya çevrildi – FOTO

Dünyanın ən ekstravaqant müğənnilərindən biri amerikalı Ledi Qaqa “V Magazine” jurnalının 25 illiyi münasibətilə yubiley sayı üçün fotosessiyaya çəkilib.

Luxlife.az The Sun-a istinadən bildirir ki, 32 yaşlı müğənninin “Qalaktikalararası Mariya-Antuanetta” obrazında olduğu sessiyanın müəlifi tanınmış fəşn fotoqraf Jan-Pol Quddur.

Qudun dediyinə görə, Ledi Qaqanı “canlı kukla” kimi təsvir etməyə çalışıb.

“Lakin alınan nəticə “kukla” sözünü eşidəndə insanların çoxunun gözləri qarşısına gələn xoş, mülayim obrazdan uzaq oldu”, – Qud söyləyib.

Загрузка...