Mədət Quliyev küsülü müğənniləri bir araya gətirdi – FOTO

Загрузка...

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib.

Tədbirdə münsiflər heyətinin üzvləri – Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyeva, xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki, Tünzalə Ağayeva, layihənin rejissoru Ranar Musayev aksiya haqqında məlumat veriblər.

Mərasimin diqqətçəkən məqamlarından biri küsülü olan Aygün, Zülfiyyə və Tünzalənin bir araya gəlməsi olub. Müğənnilər eyni masa arxasında əyləşiblər.

Qeyd edək ki, illərdir küsülü olan Aygün və Zülfiyyənin bir müddət əvvəl barışma xəbəri yayılmışdı. Amma hər iki ifaçı bunu təsdiqləməmişdi.

Aygünlə Tünzalənin də uzun müddətdir danışmadığı ortaya çıxıb. Onların küsülülüyünə səbəb tədbirlərin birində Tünzalənin qarşı tərəfə salam verməməsi olub.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol