Məhəmməd Əlinin beş ən yaxşı nokautu – VİDEO

Загрузка...

Əfsanəvi boksçu dünyasını dəyişib.

Əfsanəvi boksçu Məhəmməd Əli (əsl adı Kassius Kleydir) Amerikanın Finikis şəhərinin xəstəxanasına dünyasını dəyişib.

“LuxLife” RİA Novosti-yə istinadən idmançının ən parlaq nokautlarını təqdim edir.

Sonni Listona qarşı döyüş

Əli 1965-ci il mayın 25-də öz rəqibi – amerikalı Sonni Listonu elə ilk raundda nokauta göndərməyi bacardı və mütləq dünya çempionu oldu. Bu, onun Məhəmməd Əli adı ilə rinqə çıxdığı ilk döyüş idi.

{youtube}Hy_q6r4dKew{/youtube}

Brayan Londona qarşı döyüş

Döyüş 1966-cı il avqustun 6-da keçirilib. Məhəmməd Əli Böyük Britaniyadan olan rəqibinin öhdəsindən 3-cü raundda gəlib.

{youtube}ONZsIENRlms{/youtube}

Karl Mildenbergerə qarşı döyüş

Həmin il sentyabrın 10-da Əli alman Milderbergerlə qarşılaşdı.

Əlinin rəqibi 5, 8 və 10-cu raundlarda nokdaunda oldu. 12-ci raundda döyüşü dayandıran referi, Mildergerberə texniki məğlubiyyət vermişdi.

{youtube}AVopBtkui6Y{/youtube}

Zor Folli ilə döyüş

Amerikalı boksçu Zora Folli ilə döyüş 22 mart 1976-cı ildə baş tutdu. Əli rəqibini 7-ci raunda nokauta göndərərək, WBA World versiyası üzrə dünya çempionu statusunu təsdiqlədi.

{youtube}AF9dUcHMGE8{/youtube}

Corc Forman ilə döyüş

Bu döyüş 1971-ci il oktyabrın 30-da keçirildi və Əlinin karyerasında əfsanəyə çevrildi. “Rinq” jurnalı bu qarşılaşmanı ilin döyüşü adlandırmışdı.

Əli Formanı 8-ci raundda nokauta göndərərək, 5 mln. dollar məbləğində mükafat qazandı. İdmançı həmçinin WBC və WBA World versiyaları üzrə dünya çempionu adını təsdiq etdi.

{youtube}QObT7R-32EE{/youtube}

LuxLife.Az