Məktəblər bağlanır – 5 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol