“Mənə “Sonsuzsan, kişi deyilsən” deyirdilər” – 6 il sonra ata olan Kərim

Müğənni Kərim Abbasov “Hər şey daxil” verilişdə qonaq olub.

Luxlife.az xəbər verir ki, evləndikdən 6 il sonra ata olan ifaçı qohumları tərəfindən dəfələrlə qınandığını söyləyib:

“Yadları qoyuram bir kənara, qohumların “Sən sonsuzsan, kişi deyilsən” kimi sözlərlə adamı sındırmasını Allah heç kimə göstərməsin. Bu hissləri mən keçmişəm, əzilmişəm. Amma, çox şükür, 6 ildən sonra övladım oldu. İndi baxırsan ki, mənə “Sonsuzsan” deyənlər gəlib öpüb qucaqlayırlar məni”.

Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailəlidir. Cütlüyün Yusif adlı oğlu 6 il sonra dünyaya gəlib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol