Məşhur aktyoru həbs gözləyir

Türkiyə Baş Prokurorluğu “mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən yararlanaraq narkotik maddələrlə təmin etmək”də ittiham olunan 34 nəfərlə bağlı iş istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aralarında aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca və müğənni Cenk Erenin olduğu şəxslərin 2 ilə qədər həbsi tələb olunur.

Qeyd edək ki, 2013-cü ilin yanvar ayında İstanbulda keçirilən narkotik əməliyyatı nəticəsində saxlanıldıqdan sonra sərbəst buraxılan Çağatay Ulusoy və Cenk Erenin narkotik istifadəçiləri olduğu təsbit edilmişdi.

Türkiyə Məhkəmə Tibbi Ekspertizasının hesabatı Baş Prokurorluğa göndərilmişdi.

LuxLife.Az

Загрузка...