Məşhur azərbaycanlı DJ: “Ermənilərlə barışmalıyıq”

“Mənim dostlarım var ki, ailə üzvlərini müharibədə itiriblər. Müharibədə evsiz qalan, bir dənə də olsun uşaqlıq şəkli olmayan dostlarım var. Bu müharibə hamıya toxunub”

Luxlife.az xəbər verir ki, bu sözləri tanınmış radio aparıcısı DJ Fateh Murad Arifin YouTube üzərindən yayımlanan “Popumuz var” verilişində deyib.

“Olmasın 10 və ya 20 ildən sonra, olsun 50 və ya 100 ildən sonra biz onlarla birgə yaşayacağıq. Onlarla bir coğrafiyanı bölüşürük”, – deyə o əlavə edib.

Tanınmış aparıcının sözlərinə görə, bu ağrılı proses olacaq.

“Amma burada insanların iradəsi bəzi hallarda sonuncu dərəcədə önəm verilir. Burada əsas olan ölkəni idarə edən adamların hansı mövqedə olması, hansı siyasi kursu seçməsidir. Onlar gələcəyi necə görürlər. Onlar gələcəyi birgə yaşayışda görürlər, yoxsa onlar hesab edirlər ki, bu heç cür alınmayacaq. Hamı müəyyən şərtlər daxilində sülh istəyir, amma heç kəs müharibə başyalacaq fikri ilə yatıb-durmaq istəmir. bu sülh emosional sıxıntılar hesabına olacaqsa, buna necəsə qatlanıb, başa düşmək lazımdır”, – o qeyd edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol