Məşhur erməni müğənni Azərbaycan dilində mahnı oxumaq istəyir – VİDEO

Erməni əsilli məşhur rusiyalı müğənni Zara (Zərifə Paşayevna Mqoyan) “jara 2019” musiqi festivalında iştirak etdiyinə görə çox xoşbəxtdir.

Luxlife.az xəbər verir ki, bu barədə müğənni “Sputnik” agentliyinə müsahibəsində bildirib.

O, ikinci dəfə Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib.

“Musiqi dünyasının ən önəmli hadisələrindən biri olan “Jara” festivalını qaçıra bilməzdim. Bakı insanları çox qonaqpərvər, xeyirxah və xoş insanlardır. Burada Şərq və Qərbin qovuşması atmosferi hökm sürür. Bakı şərq koloriti olan Avropa şəhəridir”, – o əlavə edib.

Zara bildirib ki, Azərbaycan mətbəxi ilə yanaşı, Azərbaycan musiqisini də sevir:

“Şərq mənim qanımdadır. Bu gün yerli radiolardan birində Azərbaycan mahnısını dinlədim. Şərq musiqisi və melazmatikası mənə yaxındır. Müxtəlif dillərdə mahnılar ifa edirəm. Azərbbaycan dilində də mahnı oxumağa hazıram, amma hələ ki, dili bilmirəm”, – Zara müsahibəsində bildirib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol