Məşhur ginekoloq Səbinə Mirzəyeva vəfat etdi

Загрузка...

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.

Luxlife.az criminalaz.com-a istinadən xəbər verir ki, bu haqda “Baku Medical Plaza”nın plastik cərrahı Sirus Qoçqani məlumat verib. Onun sözlərinə görə, həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Səbinə Mirzəyeva ölkənin tanınmış ginekoloqlarından biri idi.

Xatırladaq ki, dünən Səbinə Mirzəyevanın təşəbbüsü ilə “Sağlam nəsil naminə hamilələrlə görüş” adı altında açıq konfrans təşkil olunmuşdu. 300-dən artıq ana olmağı planlayan xanımlar, artıq ana olmağa namizəd olan hamilələr, həmçinin bir və daha artıq övladı olan gənc analar konfransda iştirak ediblər.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol