Məşhur müğənni qardaşının intiqamını almaq üçün kirayəlik qatilə milyonlarla dollar pul xərclədi

Türkiyənin tanınmış simalarından olan Gülbən Ərgənin başı son dövrlər yeni qalmaqallara qarışıb.

Luxlife.az xəbər verir ki, müğənninin kriminal dairələrə yaxınlığı gündəmə gəlib. Müğənni 1988-ci ildə öldürülən qardaşının intiqamını almaq üçün kriminal avtoritetlərə müraciət edib. Qardaşını öldürən Gürinan Bayramoğlunun öldürülməsi üçün 12 milyon dollar pul xərcləyib.

Belə bir iddianı Gülbər Ərgənin qardaşı Rifat Ərgəni 1988-ci ildə qətlə yetirmiş və özü də 2005-ci ildə öldürülmüş Gürinan Bayramoğlunun qardaşı səsləndirib.

Gülbən Ərgən isə ittihamların əsassız olduğunu söyləyib.

Загрузка...