Nadir 300 minlik evini və 70 minlik maşınını satıb

“Hüzur, haq-ədalət, səmimiyyət yoxdur. Səmimi insanlar qeybə çəkilib. Fikirləşirəm ki, 5-10 il əvvəl tanıdığım insanlar haradadır? Ona görə də buradan köçmək istəyirəm. Həyat yoldaşım “hə” desə, elə bu gecə uçub gedərəm”.

Luxlife.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə prodüser Tarix Əliyevin “Youtube”da yayımlanan “Tarix Əliyev ilə səmimi” layihəsinin qonağı olarkən deyib. İfaçı Türkiyədə olan evini satdığını etiraf edib:

“Övladımın təhsilinə görə satdım. “Maserati” aldım, 70 min dollar idi. Onu da satdım, başım ağrıdı. Bir gün saxladılar, nələrsə oldu. Şikayət etmədim, mənə qayıtdı ki, “sən belə qudurmusan “Maserati” sürürsən?”. Dedim, xalqın mənə verdiyi dəyərdir, bəs sən nəylə almısan? Axı sizin maaşınızı da bilirəm. 

Gedirdim, hamı baxırdı, nəzərlər üstümdə idi. Satdım, gedib oğluma ev aldım. İkiotaqlı mənzildir. Bahalı maşınların arzusundayam, amma ona qaçmıram. Deyirəm, ona pul verməkdənsə, oğullarıma gün ağlayım: torpaq, bağ alım”.

Qeyd edək ki, Nadir Türkiyədəki evinə 300 min dollar ödədiyini söyləmişdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol