Serdar Ortaç boşanmaq üçün məhkəməyə müraciət edib

Türkiyəli müğənni Serdar Ortaçın həyat yoldaşı Xloedən ayrılması yenidən gündəmə gəlib.

Luxlife.az xəbər verir ki, Sərdarın məhkəməyə müraciət etdiyi məlum olub.

Bildirilir ki, müğənni “Artıq bu işi bitirmək istəyirəm, Xloe evində yaşamır. Öz evimdə hüzurlu deyiləm” deyə, vəkilinə lazımi prosedurları başlatmasını söyləyib.

Qeyd edək ki, cütlük haqda dəfələrlə boşanma xəbəri çıxsa da, onlar bunu təkzib ediblər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol