Fərda niyə depressiyaya düşüb?

Aktyor Fərda Xudaverdiyev bir neçə gün əvvəl sənətdən getdiyini deyib.

Luxlife.az axşam.az-a istinadən bildirir ki, aktyor Elməddin Cəfərov dostunun depressiyaya düşdüyünü deyib. “Səhər-səhər” verilişinə qonaq olan Elməddin bildirib ki, Fərdanı bu istəyindən daşındırmağa çalışır:

“İnşallah, fikrindən daşındırarıq. Elə olur ki, maddi və mənəvi sıxıntılar bir nöqtəyə gəlir, depressiyaya düşürsən. İnsan qərar verir, amma depressiyada qərar vermək lazım deyil. Hər xırda şey insanı pis edir. Ötən il 72 gün 23 saat şəkilişdə idim. Fərdada da çəkilişlər, problemlər üst-üstə düşür. Ev üçün darıxırsan, uşaq görmürsən və insan işdən uzaqlaşmaq istəyir. İki gündür Fərda ilə bir aradayam başa salıram. Başa saldım ki, bir nöqtəyə çıxmaq üçün bunlar lazımdır. Ali Sunal da Fərdaya film təklif edib. Deyirəm, qapılar üzünə açıqdır, niyə depressiyadasan?”

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol