“Jara”nın 4-cü günündə görün nələr baş verdi – FOTOLAR

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının dördüncü günü – iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Gün Z nəslinə həsr olunub. Z nəsil – dünyada 1995-2012-ci illərdə anadan olmuş bir nəsil üçün istifadə olunan bir termindir.

Açılışda ulduzlar ənənəvi olaraq qırmızı xalı üzərindən keçiblər, aparıcı Yana Koşkina, Konstantin Tarasyuk və jurnalistlərin suallarını cavablandırdılar.

Konsert proqramında Emin Ağalarov, Qriqori Leps, Loboda, Jiqan, Mari Kraymbreri, Molly, Alexander Panayotov, HammAli & Navai, Cygo, Rauf & Faik, Zomb, Nyuşa, Slava, Lyubov Uspenskaya, Rasa, Elvin Grey, Ellai, Aysel Məmmədova, MOT, Nazima, Ternovoy, Asammuell, Babək Məmmədrzayev, Səmra Rəhimli, Doni, Fika, İsaya, Evqeniy Mayer, Serebro, Tereza, Velvet, Klava Koka, MBand, Mişa Marvin, Julia Kovalçuk, Jony, Elman, Andro, Natan, Gemini, Alessandro Safina, Cosmos Qızlar, Anna Sedokova, Timur Rodriguez, Timati iştirak edib.

Qeyd edək ki, “JARA-2019” musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il “Jara 2019″da 250-ə yaxın sənətçi iştirak edir.

Festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb.

Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, “Russkoye radio” və “Qızıl Gramofon” Mükafatının təsisçisi Serqey Kojevnikovdur.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol