Manana: “Onu milyon dəfə çox sevirəm” – VİDEO

“Virtual həyat” verlişinə bu dəfə əməkdar artist Manana Çaparizde qonaq olub.

Axşam.az xəbər verir ki, tez-tez Gürcüstana gedib-gələn müğənni ailəsindən danışıb:

“İndi artıq mənim uşaqlarım var. Əvvəl yox idi, ana olmağın necə bir hiss olduğunu anlamırdım. Qızım Elizabet və oğlum David dünyaya gəldikdən sonra mənim üçün həyat önəmli, mənalı və parlaq olmağa başladı.

Nə mənim həyat yoldaşım, nə uşaqlarım, nə anam, ümumiyyətlə heç kim, heç vaxt hiss etməyib ki, Manana bir az yorğundur.

Həyat yoldaşım heç vaxt heç nə deməyib. Demirəm ki, bu şəraiti mən yaratmışam. Ola bilər ki, onun da təsiri var. Ancaq özümü yaxşı idarə edə bilirəm. Həyat yoldaşım da məni yaxşı tanıyır. O mənə hörmət edir və sevir. Mən də onu milyon dəfə çox sevirəm və hörmət edirəm”.

Manana sənət fəaliyyətinin 20 illiyinə həsr olunacaq konsert vermək fikrində olduğunu bildirib:

“Mayda Gürcüstanda konsert planlaşdırılır. Ona görə də məşqlər üçün mən Gürcüstana getməliyəm. Təsəvvür edin ki, artıq vətənim hesab etdiyim Azərbaycanda mən 20 ildir ki, fəaliyyət göstərirəm. 20 illə bağlı arzumuz var ki, gözəl bir konsert təqdim edim”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol