Elnur: “Şou-biznesdə çoxları məndən çəkinir”

“Şou-biznesdə çoxları məndən çəkinir. Təvazökarlığı kənara qoyub, açıq deyirəm. Həyatda səhvi olmayandan hamı çəkinib”.

Luxlife.az-ın məlumatına görə, bu sözləri müğənni Elnur Məmmədov “5/5” verilişində deyib.

Sənətçi şou-biznesdə çoxlarının ondan çəkindiyini söyləyib:

“Sevmədiyim nəsə olanda üzə deyirəm, istəmədiyim hərəkəti etmirəm. Yalandan efir xatirinə gülmürəm. Ona görə də məndən çəkinirlər”.

Elnur artıq toylara az-az getdiyini bildirib. O, biznesi vasitəsilə qazandığını etiraf edib:

“Toyları azaltmışam. Hərənin öz işləri var. Aydın məsələdir ki, biznes olmasa olmaz”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol