Fədayə Laçından yeni xəbər

Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi.

Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək.

Luxlife.az anews.az-a istinadən bildirir ki, müğənninin vəkili Türkel Süleymanlı müğənninin hazırkı vəziyyətindən danışıb:

“Bayramı həbsdə qeyd edəcək. Dəmir barmaqlıqlar arasında bayramı necə qeyd etmək olar? Çox pis, əlbəttə. Fədayə xanım ümid edirdi ki, bu bayramı evində qeyd edəcək, haqqında həbs qəti imkan tədbiri dəyişiləcək. O bu müddəti evdə keçirməklə istənilən vaxt istintaqlara getməyə hazır idi. Lakin belə olmadı”.

T.Süleymanlının sözlərinə görə, hazırda müğənninin ən böyük arzusu bayramda anasını, ailəsini görməkdir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol