Xəyanətə uğrayan azərbaycanlı məşhurlar – FOTOLAR

Qonşu ölkə Türkiyənin şou-biznes gündəmini müğənni Mustafa Cecelinin arvadı tərəfindən xəyanətə uğraması təşkil edib.

Xəyanət faktoru heç də az ailənin dağılmasına səbəb olmayıb. Hətta ötən il boşanan Ancelina Coli və Bred Pitin də xəyanət səbəbindən ayrıldığı iddia edilirdi. Azərbaycanlı məşhurlar arasında da xəyanətlə üzləşənlər də az deyil. Bəziləri bunu açıq şəkildə etiraf edir, bəziləri isə dolayı yolla boyunlarına alırlar.

Minval.info həyat ortağı tərəfindən xəyanət edilən, bu səbəbdən ailəsi dağılan azərbaycanlı məşhurlar barədə məlumat verir:

Xəyanətə görə ailəsini dağıdan müğənnilərdən biri Lətifə Soyuözdür. 2016-cı ildə ayrılan Dəniz Lətifə Soyuöz cütlüyünün Arif adı bir övladları da var. Müğənni özü etiraf edib ki, boşandıqdan sonra ərinin ona birlikdə xəyanət etdiyi qadının kimliyini sadəcə maraq üçün tapıb.

Uzun müddət səhnədən uzaqlaşdıqdan sonra 2017-ci ildə yenidən sənətə qayıdan müğənni Zahidə Günəş də həyatının çətin mərhələsini məhz xəyanətə görə yaşamışdı. Z.Günəş “Mənim ailəm xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözümün içinə baxa-baxa”- deyərək, özü də xəyanətlə qarşılaşdığını etiraf edib.

Çılpaq fotoları ilə tanınan Afaq Aslan isə xəyanətlə qarşılaşmaqla yanaşı, buna görə bətnindəki övladdan da imtina etməli olub: “Həyat yoldaşımın mənə xəyanət etdiyini öyrəndim. Bir xanım mənimlə görüşdü və gətirdiyi uşağın həyat yoldaşımdan olduğunu dedi. Uşaq da ərimə çox bənzəyirdi. Mən də hamilə idim, istəmədim o uşağı. Qısqandım və aqressivləşdim. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq”.

Əməkdar artist Lalə Məmmədovanın da ailəsinin dağılmasına səbəb xəyanət olub. Müğənninin sözlərinə görə, əslində boşanmalarını tezləşdirən bir çox faktor olub, ən birincisi isə xəyanətdir.

Müğənni Afət Fərmanqızı isə ərini ona xəyanət edərkən tutub. Bu barədə özü “İnstaqram” hesabından 11 ilini verdiyi, sənətini qurban etdiyi insandan xəyanət gördüyünü, buna görə də kişilərə inamı qalmadığını yazmışdı.

Xalq artisti, Azərbaycan səhnəsinin Divası Aygün Kazımova da xəyanətdən siğortalana bilməyib. Bir ay bunda öncə qonaq olduğu “5-də 5” verilişində Diva vaxtı ilə xəyanətlə üzləşdiyini, hətta buna görə intihar həddinə çatdığını etiraf etmişdi.

Müğənni Şəhla Həmidovaya isə həyat yoldaşı həm xəyanət edib, həm də maddi ziyan vurub: Ona çox dözdüm. Məndən borc istədi, mən də qohumlarımdan alıb verdim. İşlərini qaydasına qoyub qaytaracağını bildirdi. Sonra o pulun da axırına çıxdı. Az qalmışdı ki, mənim də axırıma çıxsın. Dava-dalaşı keçmək olardı, amma sonradan qulağıma gəldi ki, mənə xəyanət edir. Buna görə də boşandım”.

Sənət dünyasında təkcə qadınlar deyil, kişilər də xəyanətlə üzləşib. Xalq artisti Rafael Dadaşov da öz həyat yoldaşından xəyanət görmüşdü, ancaq daha sonra onu bağışlamışdı.

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da gənc arvadının xəyanətinə uğrayan məşhurlardandır. 61 yaşlı oliqarx boşadığı gənc arvadı Tatyana Əhmədovanı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə, ittiham etmişdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol