Murad Arifin bacısına İTV-də vəzifə verildi

Aparıcı Könül Arifqızına İTV-də vəzifə verilib.

O, “Səhər proqramları” departamentinin direktoru təyin edilib.

Bu münasibət ilə ifaçı-aparıcı Murad Arif bacısı Könülü təbrik edib:

“Görünür ki, İTV yeni mövsümdə sanballı tamaşaçını ekrana qaytarmaq niyyətindədir. Xatırladım ki, ölkədə keçirilən bütün lisenziyalı intelektual yarışlar, yeni mövsümdən etibarən, artıq İTV-də yayımlanacaq. Səviyyəli, intelektual və peşəkar cavan kadrların, yüksək vəzifələrə cəlb olunması da, böyük ümidlər vəd edir. Xüsusiylə bu gün təyin olunmuş əziz adamları təbrik edirəm”.

Qeyd edək ki, Könül ilk dəfə “Patefon” verlişi ilə efirə çıxıb. Daha sonra isə onun “Bir mahnının tarixçəsi” proqramı gündəmə gəlib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol