Məzarlıqlarda yeni qaydalar

Yeni salınan qəbirstanlıqlarda, o cümlədən bundan sonra məzarlıqlardakı dəfn mərasimlərində yeni qaydalar mütləq tədbiq olunacaq.

Luxlife.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na dəyişikliklər edib: “Bu dəyişikliklər yeni salınan qəbirstanlıqlara şamil olunacaq, qərarın geriyə tədbiqi yoxdur”.

Xatırladaq ki, ötən ilin dekabrında təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib.

Qərara əsasən, bundan sonra qəbirstanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Yerli icra hakimiyyəti orqanlarına qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib.

Загрузка...