Azərbaycan cüdoçuları Avropanın ən yaxşıları oldular

Azərbaycanın Cüdo üzrə Paralimpiya Milli Komandası Avropanın ən güclü komandası adına layiq görüldü.

Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya Milli Komandası Avropa Çempionatının komanda yarışlarında birici yerə şıxıb.

İdmançılarımız komanda yarışlarında Türkiyəni 5-1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Rusiya komandasını 4-3 hesabı ilə məğlub edən cüdoçularımız finalda yarışmaq şansı qazanıblar. Finalda isə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) yığma komandası ilə görüşüb. Azərbaycan komandası İBSA yığmasını 6-0 hesabı ilə məğlub edərək Avropanın ən güclü komandası olaraq birinci yerə çıxıb.

Azərbaycan Milli komandası adından tatamiyə çıxan idmançılarımız İlham Zəkiyev (+100), Hüseyn Rəhimli (-81kq), Bayram Mustafayev (66kq), Dürsədəf Kərimova (+70kq), Xanım Hüseynova (63 kq) və Səbinə Abdullayeva (-52) olub.

Beləliklə komanda yarışlarında Azərbaycan yığması birinci, İBSA yığması ikinci yerə layiq görülüb. Rusiya və Gürcüstan yığmaları isə çempionatın bürünc medalı ilə kifayətlənməli olublar.

Azərbaycan komandasının medal təqdimatını Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov edib.

Xatırladaq ki, Azərbaycanın Cüdo Üzrə Paralimpiya Milli Komandası Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa Çempionatında iştirak edir. Bu dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayeva, vitse prezidenti Sadıq Sadıqov, baş katibi Elmar Babanlıya təşəkkürümüzü bildiririk.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol