İlham Zəkiyevin çempionluq şərhi: Uzun müddət idi məşq etmirdim

Çox xoşbəxtəm. Daha bir qızıl medal və biz çempionuq.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın paracüdo üzrə millisinin kapitanı İlham Zəkiyev deyib.

Bu gün İtaliyanın Genuya şəhərində görmə məhdudiyyətli cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın kişi və qadınlardan ibarət qarışıq komandası I yeri tutub.

Qitə birinciliyində birinci dəfə qarışıq şəkildə keçirilən komanda yarışının ilk qalibi məhz Azərbaycan millisi olub.

Komandamızın üzvü, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev bu yarışa məşqsiz yollandığını bildirib: “Mayda biz Bakıda paracüdo üzrə Qran-Priyə ev sahibliyi etmişdik. Onda mən zədə almışdım. Bundan sonra uzun müddət hər hansısa təlim-məşq toplanışında iştirak etmədim, məşq keçmədim. Bununla belə, qalib gəldiyim üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, I Avropa Oyunlarının qalibi olmuş İlham Zəkiyev fərdi yarışlarda da mükafat qazanıb.

100+ kq çəki dərəcəsində çıxış edən Zəkiyev gümüş medalla kifayətlənib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol