Maşının üstünə reklama görə çıxıbmış… – VİDEO

Ötən gündən etibarən maşının üstünə çıxaraq rəqs edən qız sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevirilib.

Gənc xanım Cavanşir körpüsünün üstündə müğənni Nur Cəfərlinin adına olan “Hyundai” markalı maşının üstündə şou göstərib və yol hərəkəti qaydalarını pozub.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə bu videonun PR məqsədi ilə çəkildiyi iddia olunub. Müğənni Nur Cəfərli prodüseri ilə videonun fonunda səslənən “Nəyinə gərək” mahnısının reklamı üçün bir ideya düşünüb. İfaçının köməkçisi bununla bağlı rəqqasə Simona Əmir ilə danışıqlar aparıblar və gözlənilən “şou” baş tutub. Onlar həmin videonu bir neçə instaqram səhifələrində paylaşılmasına nail olublar.

Lakin N. Cəfərli videonun belə səs-küy yaradacağını bilməyib və saytların məlumatından, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin açıqlamasından və rəqs edən xanımın idarəyə dəvət olunmasından narahatçılıq keçirib və qorxuya düşüb.

“Qafqazinfo” mövzu ilə bağlı Nur Cəfərli ilə əlaqə saxlamağa çalışıb. İfaçı bu barədə hələ açıqlama vermək istəmədiyini deyib:

“Hələ bu barədə açıqlama verməyəcəm. Özüm sizə zəng vuraraq məlumat verəcəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.