Mehriban düşmənlər bir araya gəldilər

Загрузка...

Müğənni Natavan Həbibi və Elnarə Xəlilova Murad Arifin klip təqdimatında bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçilər kameralar qarşısına keçərək sualları cavablandırıb.

Natavan və Elnarənin küsülü olduqları əməkdar artist Röya Ayxanla duet oxumaları haqda suala M.Arif “Heç kimə mahnı yazmıram, amma buna mahnı yazaram. Sırf bu səbəbdən edərəm. Mahnını bir nəfərə bəyəndirmək zülmdür, görün üç adama bəyəndirmək necədir. Yaxın günlərdə bunu gözləməyin” cavabını verib.

Natavan isə adının Röya ilə yanaşı yazılması haqda xəbərdarlıq edib:

“Yazmayın ki, Natavanla Elnarə Röyaya duet təklif etdi. Murad hələ bizlə danışacaq”.

Qeyd edək ki, “W-trio” qrupundakı iştirakı zamanı dost olan sənətçilər uzun müddətdir küsülüdür. Natavan və Elnarə bu gün barışsa da, Röya ilə soyuq münasibətləri davam edir.

Загрузка...
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
1 Comment authors
  Abunə ol  
ən yeni köhnə populyar
Xəbərdar ol
Ayka

Hər üçündən zəhləm gedir