Mehriban Xanlarova anası üçün göz yaşı tökdü – Video

Əməkdar artist Mehriban Xanlarova “Şou ATV” proqramında qonaq olub.

Luxlife.az xəbər verir ki, canlı yayım zamanı studiyaya aktrisanın anası Bibiş Xanlarova dəvət edilib.

Anasını görən aktrisa göz yaşlarına boğulub. O, anasının əlindən öpərək, qarşısında diz çöküb.

Xanlarova bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:

“Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik”. 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol